ROG Masters East EMEA 2022 CS:GO
Publication date: 25.06.2022 00:00
İyunun 5-də ROG Masters East EMEA 2022 CS:GO turniri başa çatdı. Turnir FACEIT və ASUS tərəfindən təşkil olunub, və Intel tərəfindən dəstəklənib.
Bu turnirdə 27 ölkə, o cümlədən MDB ölkələrindən - Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan, Qırğızıstan, Ermənistan, Tacikistan, Türkmənistandan olan oyunçular iştirak edib. Mükafat fondu 37 500 ABŞ dolları təşkil edib. Bundan əlavə, təsnifat yarışlarının qaliblərinin hər birinə 1000 ABŞ dolları verilib.
ROG Masters East EMEA 2022 CS:GO nəticələri:
1. Koqutos (Polşa) - 20 000 dollar
2. Eklot (Çexiya) - 10 000 dollar
3. Volsunq (Latviya) - 5 000 dollar
4. iNation (Serbiya) - 2,5 min dollar